“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “TK Project” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Dendrologiya parkı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının davam etdirilməsinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 187.974 manatdır.
Qeyd edək ki, “TK Project” MMC 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir və qanuni təmsilçisi Kərimli Tofiq Rafiq oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əhməd Cəmil küçəsi, ev 70B, mənzil 801-də yeləşir.
Xatırladaq ki, ötən il “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya parkı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması” ilə bağlı tenderin qalibi “Az.Arixitektura” MMC olub. “Az.Arixitektura” şirkəti ilə 312 min manatlıq müqavilə imzalanmışdır.