23 C
Baku
Saturday, April 27, 2024

Deputat hər ailəyə 200 dollar verilməsini təklif edib

“Mən təklif etmişdim ki, Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyində hər bir şəxsə 100 manat verək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, Neft Fondunda kifayət qədər pul var: “Azərbaycanda 2021-ci ildə 112 min uşaq doğulub. Onlara hesab açılsın və onların hesabına 2000 dollar pul keçirilsin. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollarladır. Bizdə isə bu rəqəm cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır. Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda olan 2 milyon 200 minə yaxın ailə var. Təklif edirəm ki, hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu, Neft Fondu üçün böyük məbləğ olmaz”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər