10 C
Baku
Wednesday, December 11, 2024

Deputat: “Həyatımın yarısını “Azərsu” və buna oxşar qurumlarla mübarizədəyəm, vallah, yoruldum”

“Mən həyatımın yarı hissəsini “Azərsu” və buna oxşar qurumlarla mübarizədəyəm. Vallah, yoruldum”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib. O bildirib ki, Lənkərandan gələn bütün məktublarda “Azərsu” ilə bağlı şikayət var.

Deputat regionlarda əsas problemin işsizlik olduğunu qeyd edib: “Regionlarda işsizliklə bağlı məsələni həll etmək lazımdır. Şəhərdə insanlar gedir “moyka” açır, bir şəkildə özünü dolandırır. Biz insanların regionlara qayıdış məsələsinə diqqəti artırmalıyıq”.

Rüfət Quliyev supermarketlərdən də şikayətlənib: “Digər bir problem isə supermarketlərlə bağlıdır. Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər