7 C
Baku
Sunday, December 15, 2024

Deputat vətəndaşların qeydiyyata düşmə prosesinin sadələşdirilməsini təklif edib

“Bizdə vətəndaşların çoxu yaşadığı ünvan üzrə qeydiyyatda deyil”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu da onun səhiyyə və digər xidmətlərdən istifadəsi üçün çətinlik yaradır: “Buna görə də mən təklif edirəm ki, vətəndaşların qeydiyyata düşmə prosesi sadələşdirilsin. Elektron şəkildə vətəndaşların yaşadığı yer üzrə qeydiyyata salınması təmin edilsin. Bu, bu gün çox aktual problemdir və həll edilməlidir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər