Azərbaycanda Milli Məclisin altıncı çağırış deputatı, iş adamı Məşhur Məmmədovun payı olduğu kredit təşkilatı yerli bazardan yenidən borc cəlb edir.
Banker.az xəbər verir ki, 17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə ““BOKT Embafinans” QSC-nin ümumi dəyəri 4 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. İstiqrazlar 3 il müddətinə olmaqla 10 faiz illik ödəniş faizi ilə cəlb emissiya ediləcək.
“Embafinans” 2020-ci il ərzində kredit portfelini 7 milyon 580 min, yaxud 22% azaldaraq 27 milyon 409 min manata qədər azaldıb. Kredit təşkilatının aktivlərinin digər hissəsi əmlak və avadanlıqların həcmi də son bir il ərzində kiçilib. Bu aktivlərin həcmi 5 milyon 27 min manatdan 4 milyon 727 min manata qədər azalmışdır.
Beləliklə, aktivlər son bir ildə 18% azalmaqla 34 milyon 428 min manata qədər azalmışdır.
Kredit təşkilatı 1 yanvar 2021-ci il tarixinə 12 milyon 448 min manat banklara, 1 milyon 506 min manata qədər isə qiymətli kağızlar üzrə borcu vardır.
Cəmi öhdəliklərinin həcmi isə 18 milyon 666 min manat olub.
Səhmdar cəmiyyətin illərin bölüşdürülməmiş mənfəəti 5 763 min manat olub.
Cari ilin mayında da “Embafinans” kapital bazarında 1.5 mln. manat faizli borc cəlb etmişdi.
Xatırladaq ki, “EmbaFinans” 10 milyon manat səhm kapitalına sahibdir. Səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Məşhur Məmmədova (Milli Məclisin deputatı), 14%-i isə Tamara Polyakovaya məxsusdur.