-1 C
Baku
Sunday, December 15, 2024

DGK-nin “Azərterminalkompleks” Birliyinin xidmətləri avtomatlaşdırılır

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Kollegiyası qərar qəbul edib.

Bundan əvvəl “Azərterminalkompleks” Birliyi müqavilə əsasında xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərib. Bundan sonra “Azərterminalkompleks” Birliyi komitə tərəfindən verilmiş səlahiyyət əsasında xarici ticarət iştirakçılarına gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə xidmətlər göstərəcək.

Həmçinin əsasnamədə edilmiş dəyişikliklə, “Azərterminalkompleks” Birliyinin yeni vəzifəsi müəyyən edilib. Qurum ticarətin asanlaşdırılması mərkəzlərində müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər