1 C
Baku
Saturday, December 14, 2024

Dilənçi qadın milyonlarını kasıblara verdi

50 il dilənçilik edən Aişa 4 ev və 1,33 milyon dollar pul toplayıb.

Həyat tərzi Səudiyyə Ərəbistanında görmə qabiliyyətini itirmiş Aişa adlı qadın yarım əsrdən artıqdır ki, “qara günə” milyon dollardan artıq pul toplayıb.

Banker.az  bildirir ki, dilənçilik nəticəsində Aişa 4 ev və bir milyondan artıq qızıl sikkə toplayıb. Yerli mətbuat dilənçi qadının ümumi varidatının 5 milyon səudiyyə riyalı və ya 1,33 milyon dollar miqdarında olduğunu bildirib.

Qadına məxsus 4 evdə isə yoxsullar yaşayıb. o otaqlarını icarəyə verərək pul qazanıb.

Həyatının son günlərində isə qadın var-dövlətini kasıb insanlara bağışlayıb. Vəfat etdiyi gün Aişa qohum-əqrabası qalmadığını bildirərək var-dövlətini dövlətə bağışlayıb və bütün pullarının ehtiyacı olanlara, evsiz, ac insanlara paylanılmasını istəyib.

50 il dilənçiliklə məşğul olan qadın var-dövləti barədə heç kimə bildirməyib. Bu barədə ancaq ömrünün son illərində ona qulluq edən qonşusu xəbərdar olub.

O bildirib ki, hər zaman Aişadan pul toplamaqdan əl çəkməyi xahiş edib.

“Lakin o razılaşmırdı. Deyirdi ki, “qara günə” pul toplayır”.

Qeyd edək ki, ərəb qadın 100 yaşında vəfat edib.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər