Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə yeni rəis təyin olunub.
Belə ki, polis polkovnik-leytenantı Mehdixanov Ramin Rəfayil oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq həmin idarənin rəisi vəzifəsinə təyin olunub.