8 C
Baku
Friday, December 13, 2024

DİN sərnişin daşıması ilə məşğul olan sürücülərə müraciət edib – Video

Daxili İşlər Nazirliyi beynəlxalq və şəhərlərarası sərnişin daşınması ilə məşğul olan sürücülərə müraciət edib.

DİN-dən verilən məlumata görə, müraciətdə deyilir:

“İcbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatı və sağlamlığı baxımından olduqca əhəmiyyətlidir. Bu növ sığorta sərnişinə səfər zamanı zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.

İndiyə qədər beynəlxalq sərnişin daşıması ilə məşğul olan sahibkarların fərdi qəza sığortası şəhadətnamə vasitəsilə ilə fiziki qaydada yoxlanılırdı. İndi bu yoxlanış elektron informasiya sistemi vastəsi ilə həyata keçiriləcək. Prosesə nəzarəti isə Daxili İşlər Nazirliyi edəcək.

Beynəlxalq sərnişindaşıma ilə məşğul olan sahibkarlar bilməlidirlər ki, daşıdıqları sərnişinlərin fərdi qəza sığortası olmadıqda nəqliyyat vasitələri texniki baxışdan keçə bilməyəcək. Ona görə də texniki baxışa gəlməmişdən öncə icbari sığortanın olması vacibdir.

Bəzi sürücülər texniki baxış zamanı nəqliyyat vasitələrindəki nasazlıqları aradan qaldırmaq üçün onlara verilən 20 gün müddətinin son günündə avtomobillərini yoxlanışa gətirirlər. Bu da avtomobillərin texniki baxışdan keçirilməsində əlavə problemlər yaradır. Ona görə də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara nəqliyyat vasitələrindəki nasazlıqları vaxtında aradan qaldırıb texniki baxış üçün müraciət etməyi tövsiyə edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzləri hər gün səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-590-71-13 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər