23 C
Baku
Friday, April 19, 2024

Dina Pauell Prezident Trampın təklifindən imtina edib

ABŞ Prezidentinin milli təhlükəsizlik müşavirinin keçmiş müavini Dina Pauell dövlət başçısı Donal Tramp tərəfindən BMT-də daimi nümayəndə vəzifəsinə təyin olunmaq təklifini qəbul etməyib.

Banker.az Reporta istinadla xəbər verir ki, mənbələrə görə, telefon söhəti zamanı Dina Pauell belə bir təklifdən qürur duyduğunu, amma hazırda işlədiyi “Goldman Sachs Group” investisiya bankının rəhbərliyində qalmağı üstün tutduğunu vurğulayıb.

Hazırda Prezident Donald Trampın sözügedən vəzifəyə Kanadada səfir işləyən Kelli Kraft və daxili işlər naziri Rayan Zinkenin namizədliklərini düşündüyü bildirilir. BMT-də daimi nümayəndə vəzifəsindən istefa vermiş Niki Heylinin yerinə ən real namizəd Dina Pauell hesab olunurdu.

Son xəbərlər
Digər xəbərlər