9 C
Baku
Friday, December 13, 2024

Diplomatik nümayəndəliklərin saxlanılma xərcləri 4 mln. manat artırılır

Gələn il Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması üçün 130 milyon manat ayrılacaq.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Qeyd edək ki, bu, 2022-ci illə müqayisədə 4 050 000 manat yaxud 3,2 % çoxdur. 2022-ci ildə dövlət büdcəsindən bu məqsədlə 125 950 000 ayrılıb.

Gələn il beynəlxalq təşkilatlara üzvlüklərlə bağlı ödənişlər 21 milyon manat olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər