Yaponiyanın dizel mühərrik istehsalçısı “Yanmar” Rusiya bazarını tərk etməyi planlaşdırır. Açıqlamaya görə, şirkət hazırkı şəraitdə Rusiyada biznes fəaliyyətini davam etdirməyin mümkün olmadığı qənaətinə gəlib.
Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
“Yanmar” dünyanın ən böyük dizel mühərrikləri istehsalçılarından biridir. Şirkətin dizel mühərrikləri dəniz gəmilərinin, yaxtaların, tikinti və kənd təsərrüfatı avadanlıqlarının, generator dəstlərinin yığılması üçün istifadə olunur.
Yanmar 1912-ci ildə Yaponiyanın Osaka şəhərində yaradılıb və dünyada tam kompakt dizel mühərriki yaradan ilk şirkət olub.