2 C
Baku
Saturday, December 14, 2024

Dmitri Kuleba Rusiya ordusunu dayandırmağın yeganə yolunu açıqlayıb

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ordusunu dayandırmağın yeganə yolu barədə danışıb. O deyib ki, bunun üçün Ukrayna tərəfinə tankların, döyüş təyyarələrinin və zenit-raket komplekslərinin çatdırılması davam etməlidir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün “Twitter“ səhifəsində Buçada baş verən hadisələri şərh edərkən yazıb:

“Buçadakı qətliam sübut edir ki, Rusiyanın ukraynalılara nifrəti Avropanın İkinci Dünya Müharibəsindən bəri gördüyü hər şeyi alt-üst edir”.

O bildirib ki, müharibə dəhşətlərini dayandırmağın yeganə yolu Ukraynaya Rusiya ordusunu mümkün qədər tez qovmaqda kömək etməkdir:

“Tərəfdaşlar ehtiyaclarımızı bilirlər. Tanklar, döyüş təyyarələri, zenit-raket sistemləri”.

 

 

Son xəbərlər
Digər xəbərlər