23 C
Baku
Friday, April 19, 2024

Dmitri Pankin: “Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməldir”

Azərbaycan üçün əsas məqsədlərdən biri iqtisadiyyatın diversifikasiya edilməsidir. Beynəlxalq rəqabətli iqtisadiyyatın yaradılması çox mühüm vəzifədir.

Bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda QDTİB-nin Prezidenti Dmitri Pankin deyib.

D.Pankin bildirib ki, bu gün geosiyasi vəziyyət gərgindir. Rusiya-Ukrayna məsələsi Azərbaycan qarşısında da logistika və digər məsələlərdə çətinliklər yaradır. O bildirib ki, Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməlidir.

“Azərbaycan kifayət qədər zəngin dövlətdir, ancaq bizə əlavə təcrübələr lazımdır ki, onlar əsasında layihələr hazırlaya bilək”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər