5 C
Baku
Saturday, December 14, 2024

Dmitri Patruşev “Qazprom”un direktorlar şurasının üzvü olacaq

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev “Qazprom” dövlət şirkətinin direktorlar şurasının yeni heyətinə daxil ola bilər.

Banker.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, “Qazprom”un Direktorlar Şurasının mayın 23-də keçirilən iclasında səsvermə üçün tətrtib olunan şuranın yeni tərkibinin namizədlər siyahısına Dmitri Patruşevin də adı daxil edilib.

Qeyd edək ki, Dmitri Patruşev Rusiya Təhlükəsizlik Şurasının indiki katibi, 1999-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin direktoru işləmiş Nikolay Patruşevin oğludur. D.Patruşev əvvəllər Rusiyanın VTB Bankının sədri işləyib. ABŞ bu banka sanksiya tətbiq edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər