10 C
Baku
Wednesday, December 11, 2024

Donald Tramp neftin niyə ucuzlaşdığını açıqlayıb

Dünya bazarında neft qiymətlərinin dəyişkənliyi Səudiyyə Ərəbistanının siyasətilə bağlıdır.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazı paylaşıb:

“Xam neftin qiymətləri Səudiyyə Ərəbistanının hasilatı azaltması üzündən yüksəlir. Bizim milyonlarla iş yerinə malik möhtəşəm enerji şirkətlərimiz də yenidən çox yaxşı görünürlər. Eyni zamanda benzinin qiymətləri də rekord həddə azalıb (böyük vergi endirimindəki kimi). Bütün dünyaların ən gözəlidir. Dahiliyə keçirik”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti OPEC+ çərçivəsində əldə edilmiş razılaşmaya əlavə olaraq hasilatı daha 1 milyon barel azaltmaq qərarı verib. Bununla da ölkədə gündəlik neft hasilatının həcmi 7,5 milyon barelə yaxın olacaq.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəliblər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər