15 C
Baku
Friday, April 26, 2024

Donald Trump ilə dünya iqtisadiyyatını nə gözləyir?

Donald Trump-ın prezidentliyi ilk növbədə ABŞ iqtisadiyyatının və amerikan dollarının dünyəvi pozisiyasının bərpa olunması deməkdir. Bu demək olar ki, qaçılmazdır. Trump tərəfindən ABŞ-da amerikan biznesi ilə bağlı daha cəlbedici proqramın həyata keçirilməsinə başlanıldığı halda ölkəyə yatırılan investisiyalar artacaq. ABŞ iqtisadiyyatı Trumpın prezidentliyi dövründə bu cür proqramlara sahib olmasa bu dünyəvi inkişafa mənfi təsir edəcək. Bunun nəticəsində isə investorlar daha sərt aktivlərə, daha doğrusu dollara üz tutacaqlar.

ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini şərh edən nəhəng analoji strukturlardan biri də Platts agentliyi idi. Agentliyin analitikləri Trumpın prezident seçkilərində qalib gəlməsi ilə dünya maliyyə bazarlarını nə gözlədiyini təhlil etmişlər.

Platts agentliyinin göstəriciləri kifayət qədər “sakitdir”. Abş-ın enerji sektoru Trumpın qələbəsindən böyük ehtimalla uduş qazanacaq, həm tələb, həm də təklif baxımından. İlk növbədə, agentlik belə hesab edir ki, yeni prezident administrasiyası Barak Obamanın  alternativ energetikanın fəal şəkildə subsidiya ilə təmin edilməsini nəzərdə tutan Clean Power Plan layihəsini ya blok edəcək, ya məhdudlaşdıracaq. Lakin sektor üçün ümumilikdə çox ciddi təhlükələr gözlənilmir, günəş batareyalarının əldə edilməsi üçün kreditlərin mümkün məhdudlaşdırılmasından savayı. Prezident trump ABŞ dövlətinin simulyasiyaedici siyasətindən bu və ya digər şəkildə asılı olan bizneslər üçün təhlükəlidir. Digər bizneslər üçün isə problemdən daha çox, fayda qazandıracaq.

Maliyyə sahəsi ilə bağlı məsələlərdə də vəziyyət eyni formadadır. Yeni prezident iqtisadiyyatın dəstəklənməsinə dair kifayət qədər arxaik mövqeyə (proteksionizm) sahibdir. ABŞ bazarları hakimiyyətin dəstəyi və rəhbərliyi olmadan inkişaf etmək iqtidarında olduqlarına inansalar, artıq 2020-ci ilə qədər Donald Trumpın Amerikası bütün dünya üzrə nəhəng səhmdarlar üçün əsas investisiya obyekti olacaq. Xüsusən də trump dövründə ABŞ büdcəsi daha balanslaşdırılmış olsa.

Bütün bunların nəticəsi isə dolların möhkəmlənməsidir.

Bütün bunlardan əlavə, iqtisadçıları maraqlandıran məsələlərdən biri də yeni prezident administrasiyasının Çinlə necə işləyəcəyidir. Hansı prioritetlərin saxlanacağı, ABŞ iqtisadiyyatının Çinə necə təsir edəcəyi hələ ki, məlum deyil. Və belə görünür ki, bu naməlumluq yaxın aylar ərzində maliyyə bazarlarını səksəkədə saxlamağa davam edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər