17 C
Baku
Monday, April 29, 2024

Dondurulmuş aktivlərdən istifadəyə dair icazəni Dövlət Təhlükəsizliyi Xidməti verəcək: NK-dən qərar

Azərbaycanda fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən veriləcək.

Banker.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 14 sentyabr tarixli qərarında bildirilir.

Bildirilir ki, DTX ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra 7 iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydanın 3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:

1. vergi və rüsumlar;

2. sığorta ödənişləri (həyatın yığım sığortası istisna olmaqla);

3. kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);

4. maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;

5. qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;

6. peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;

7. dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.

Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində fiziki şəxsləri və ya qurumları müraciətin qəbul edilməsi və bu Qaydada nəzərdə tutulan prosedur barədə məlumatlandırmalıdır.

Qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu Qaydanın 2.2-ci və 3.4-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qəbul edilmiş qərar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər  üçün məcburi qüvvəyə malikdir.

Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 2.2-ci və 3.4-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul etdikdə, həmin qərarı dərhal Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə və subyektə göndərəcək.

Subyekt dərhal dondurulmuş aktivlərdən istifadəyə dair qərara uyğun olaraq, ödənişlərin aparılmasını həyata keçirir və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə yazılı formada məlumat verəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər