9 C
Baku
Friday, December 13, 2024

Dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası hazırlanacaq

Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı ““Hədəfli maliyyə sanksiyaları haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti bir ay müddətində terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda bir ay müddətində fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər