16 C
Baku
Wednesday, April 17, 2024

Dövlət Su Ehtiyatları Agentliyinin sədri: Azərbaycanda su borularının 50%-nin istismar müddəti bitib

Azərbaycanda su borularının 50%-nin istismar müddəti bitib. Kür-Bakı kəmərində boruların istismar müddəti bitdiyi üçün yüksəktəzyiqli su verə bilmirik.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Sədr bildirib ki, bunun həlli yolları var: “Prioriteti müəyyənləşdirməklə problemləri həll edə biləcəyik. Beynəlxalq təşkilatlarla bu məsələlərin həlli üçün müzakirələr aparırıq”.

Zaur Mikayılov qeyd edib ki, su itkilərimiz 39%-dir: “Bu, pis rəqəm deyil, amma ideal da deyil. Bizim hədəfimiz bunu 20%-ə salmaqdır. Beynəlxalq təcrübədə itkilərin normal sayılan rəqəmi 10%-dir. Bunu 0 etmək mümkün deyil. Türkiyədə bu rəqəm 65%-dir. Yəni bizdə rəqəm o qədər də pis deyil”.

Sədr diqqətə çatdırıb ki, suya münasibət dəyişməlidir: “Biz itkiləri azaltsaq, suyumuz yetərlidir. Burada şüur dəyişməlidir. “Sudan ucuz” sözü aradan götürülməlidir. Texniki su üçün şəbəkə ayrıca qurulmalıdır. Eyni şəbəkəylə həm içməli su, həm də texniki su vermək olmaz”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər