6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Dövlətin daha bir şirkətinə Türkiyə vətəndaşı rəhbərlik edəcək

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin idarəetməsində olan şüşə istehsalçısına Türkiyə vətəndaşı rəhbərlik edəcək.

Banker.az xəbər verir ki, “ASK Şüşə” MMC-nin Baş direktoru olan Səməd Nəbiyev Məmməd oğlu vəzifəsindən azad edilib. Onun yerinə Cuneyt Cebeci təyin edilib.

Qeyd edək ki, ASK Şüşə 35 427 664 manat nizamnamə kapitalına sahibdir.

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən “İnter Glass” ASC-nin aktivləri və əmlakı sonuncunun  bazasında yaradılmış “ASK Şüşə” MMC-yə verilmişdir.

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 25 ünvanında yerləşən müəssisə  22 ha ərazidə yerləşir və  İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib.  Burada 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər yerləşir. İstehsalat sahəsi yeni sistemli qablaşdırma sexi, laboratoriya  və anbardan ibarətdir. Müəssisə regionda ən geniş imkanlara sahib olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkədaxili, müəyyən hissəsi isə Rusiya, Ukrayna və Türkiyədən gətirilir.

“ASK Şüşə” MMC boş şüşə məmulatlarının istehsalı ilə məşgul olur.  Müəssisə  şüşə istehsalında illik istehsal gücü 80-85 milyon ədəd şərti şüşə qabdır.

Hal-hazırda müəssisədə ümumilikdə 230 nəfərdən çox yerli  və  xarici mütəxəssis çalışır. Bundan başqa müasir avadanlıqlarda istehsal edilən məhsulun yüksək keyfiyyəti və çəkisinin yüngül olması ölkəmizdə fəaliyyət göstərən bir çox şirkətləri bizimlə iş birliyinə sövq etmişdir.

Son xəbərlər
Oxşar xəbərlər