8 C
Baku
Thursday, December 12, 2024

Dövlət Agentliyi “Avromed” və “Zeytun Pharmaceuticals”a 10 milyon manatlıq sifariş verdi

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, hər iki müqavilədə “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması nəzərdə tutulur.

“Avromed Company” QSC ilə bağlanmış müqavilənin dəyəri 6.844.584 manatdır, “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan müqavilənin məbləği isə 3.280.063 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər