9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Agentliyi tullantıların daşınması və zərərsizləşdirilməsi üçün ₼17 milyon xərcləyəcək

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “LV Shipping Caspian” MMC ilə 17 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 16.920.484 manatdır.

“LV Shipping Caspian” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Məhəmməd Rzayevdir.

Son xəbərlər
Digər xəbərlər