Dövlət Turizm Agentliyi “Maqro Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasindakı filialı ilə 4.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 397 618 manatdır.