6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Agentliyi “Zeytun Pharmaceuticals”dan 8 milyon manatlıq dərman aldı

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Zeytun Pharmaceuticals” MMC ilə 8 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün” dərman vasitələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 7.852.864 manatdır.

Qeyd edək ki, “Zeytun Pharmaceuticals” 2014-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Bəhruz Şirəliyevdir.

 

Son xəbərlər
Digər xəbərlər