15 C
Baku
Saturday, April 20, 2024

Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.

Anar Rzayev DANX-da müavin təyin edilib.

Qeyd edək ki, Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb. 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub.

Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər