10 C
Baku
Wednesday, December 11, 2024

Dövlət büdcəsinə 5,2 milyard ödənilib – Nazirlikdən açıqlama

Yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub. Bu barədə Banker.az-a Vergilər Nazirliyindən məlumat daxil olub.

Məlumata görə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 5 milyard  224 milyon 482,9 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl olunub.

2017-cı ilin sentyabr ayında vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında

2017-ci ilin sentyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 15237 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 46 824 SMS göndərilib.

Sentyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 38 8436 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 24 748 vətəndaş qəbul edilərək onlara 37 032 sayda xidmət göstərilib. 2017-ci ilin 1 oktyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 36 6187 sayda ASAN İmza sertifikatı verilib.

2017-ci ilin sentyabr ayı ərzində 7039 vergi ödəyicisi (955 hüquqi şəxs, 6084 fiziki şəxs) qeydiyyatdan keçib.

Son xəbərlər
Digər xəbərlər