19 C
Baku
Thursday, May 2, 2024

Dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin mənbələr üzrə bölgüsü açıqlanıb

2023-cü ilin İş planı üzrə başa çatdırılmış audit və analitik fəaliyyətlərlə təsdiq edilmiş 214 təklifin 119-u tam, 33-ü qismən icra edilib. Qanunvericiliklə müəyyən edilmiş müddəti bitməyən və icra olunmayan təkliflərin sayı 62 olub.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov Hesablama Palatasının maliyyə xarakterli təkliflərinin bir qisminə diqqət çəkib: “2023-cü ilin İş Planına əsasən pul, əvəzləşmə və natura ifadəsində bərpası haqqında qərar verilmiş 60,6 mln. manata qarşı 55,7 mln. manat, digər tədbirlərin görülməsi ilə bağlı qərar verilmiş 34,9 mln. manata qarşı 23,5 mln. manat icra edilib, orta aylıq əsada 1,1 mln. manat ödənişin qarşısı alınıb. Pul formasında bərpa edilmiş vəsaitin mənbələr üzrə bölgüsü bu vəsaitin əsasən büdcə vəsaitlərinin idarə edilməsi (34,5%), dövlət satınalmaları (14,1%), hesablanmamış və ya ödənilməmiş vergilər (13,6%), görülməmiş iş və xidmətlər, alınmamış mallar (26,6%) üzrə formalaşdığını göstərir”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər