Dövlət büdcəsində artımlar gözlənilir

“2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45-50 dollar səviyyəsində götürüləcək”

Bu barədə  iqtisadçı deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, builki dövlət büdcəsində artımlar gözlənilir:

“Sosial sahə üzrə artımlar olacaq. Həmçinin bir sıra sahələr üzrə də artım gözlənilir. 2017-ci ilin dövlət büdcəsində neftin qiymətini 40 dollar səviyyəsində götürmüşdük. Bu il isə neftin qiymətini 45-50 dollar səviyyəsində götürəcəyimizi düşünürəm. Qeyri-neft sektorunda, həmçinin Strateji Yol Xəritəsinin həyata keçirilməsi ilə əlaqədar müəyyən inkişaf var. Ümumi Daxili Məhsulda (ÜDM) da artım gözlənilir”.

MənbəAzVision
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər