16 C
Baku
Thursday, March 28, 2024

Dövlət büdcəsindəki ehtiyat vəsaitlər bu istiqamətlərə yönəldiləcək

Dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərin yönəldiləcəyi istiqamətlər açıqlanıb.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib:

“Əlavə vəsaitlərin yönəldiləcəyi istiqamətlər bunlardır:

– Böyük Qayıdışın daha sürətlə təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 477 milon manat;

– Müdafiə qabiliyyətinin və hərbi qüdrətin daha da artırılması, Milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 mln manat;

– Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrini bərpası və yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 34 mln manat;

-Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklər, əmək pensiyaları üzrə maddi yardım, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün – 519 mln manat;

– Ərzaq təhlükəsizliyi üçün tədbirlər üzrə əlavə ehtiyatların yaradılması üçün – 193 mln manat;

– Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 mln manat;

– Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üçün 42 mln manat vəsait nəzərdə tutulur.

2022-ci ildə ÜDM-nin həcminin 115.4 mlrd manat, ÜDM-in artım tempinin 5.5%, orta illik inflyasiyanın 12.5%, xam neftin bir barelinin orta illik qiymətini isə 85 dollar olacağı proqnozlaşdırılır.

Təqdim olunmuş büdcə layihəsi büdcə qaydasının Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli Fərmanına əsasən 2 göstəricisi üzrə müəyyən edilmiş hədləri çərçivəsindədir”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər