6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Gömrük Komitəsi daha bir xidmətini elektronlaşdırıb

Dövlət Gömrük Komitəsi “Şəxsi Hesab Vərəqəsi” elektron xidmətinin tətbiqinə başlayıb.

Xidmət idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına imkan verir.

Pilot variantda istifadəyə verilmiş xidmət biznes fəaliyyətinin daha səmərəli və çevik şəkildə təşkili, maliyyə-uçot sisteminin düzgün qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Xidmət xarici ticarət iştirakçılarına rəsmiləşdirmə zamanı avans gömrük ödənişlərindən istənilən gömrük orqanı və gömrük ödənişi üzrə istifadə etməyə, balans məbləğini, gömrük borcunu onlayn rejimdə izləməyə imkan verir. Həmçinin ödənişlər barədə məlumatlar anında gömrük orqanına ötürüldüyündən rəsmiləşdirməyə sərf olunan müddət azalır.

“Şəxsi hesab vərəqəsi”ndə müəyyən tarix intervalı və nömrələr əsasında gömrük bəyannamələri barədə məlumat almaq, gömrük rüsumları, ƏDV, aksiz vergisi, gömrük yığımları üzrə hesabatları da izləmək mümkündür ki, bu da biznes fəaliyyətinin düzgün və səmərəli şəlikdə qurulması baxımından əhəmiyyətlidir. Məqsəd əməliyyatların rəqəmsal həll əsasında avtomatlaşdırılması, gömrük-biznes münasibətlərində təmasın minimuma endirilməsi, asan, sürətli, çevik xidmət, maksimum məmnuniyyətdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər