6 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 25 mln. manat həcmində, 3 illik, yaxud 1092 gün (931 qalıq) olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 93.2000 (8.4641%) manat və 95.8437 (7.406%) manat olan 36 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.3428 (7.6036%) manat, orta ölçülmüş qiyməti 95.4513 (7.5607%) manat müəyyən edilib Qeyd edək ki, sonuncu dəfə 3 illik dövlət istiqrazları üzrə hərrac noyabrın 15-də keçirilmişdi və 8.04% illik gəlirliliklə depozitlər yerləşdirlmişdi. Belə çıxır ki, istiqrazların gəlirliliyində 2022-ci ilin aprelindən bu tərəfə qeydə alınmış ilk azalmadır.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 162,937,600 manat, yerləşdirilmiş həcmi isə 25,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.
Hərrac iştirakçıları 7 dekabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.