Mehriban Rəsulova Dövlət Məşğulluq Agentliyində Peşə hazırlığı departamentinin direktoru vəzifəsinə təyin olunub.
Banker.az xəbər verir ki, M.Rasulova buna qədər Bakı Ali Neft Məktəbi, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzində çalışıb.
O, Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.
Xatırladaq ki, hazırda DMA-nın 14 departamenti var.