10 C
Baku
Thursday, December 12, 2024

Dövlət müəssisələrindən alınan dividend üzrə proqnoz 25 % artırılır

Azərbaycan hökuməti gələn il səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların 321.2 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 dəfə çoxdur.

Gələn il Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 100 milyon manat, “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 15 milyon manat, “AzerGold” QSC-nin 5 milyon manat, digər dövlət müəssisələrinin isə 1.2 milyon manat dividend ödəyəcəyi gözlənilir.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720.7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5.2 % və 3.1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579.3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16.95 % azdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər