İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlar üçün “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlərə başlayır.
Təlimlərin təşkilində məqsəd e-satınalma ilə bağlı prosedurlar, www.etender.gov.az vahid internet portalı və ondan istifadə barədə sahibkarların məlumatlandırılmasıdır.
İlk təlimlər 22, 24 və 26 iyul 2019-cu il tarixlərində, saat 15.00-da KOBİA-nın inzibati binasında təşkil olunacaqdır (ünvan: Atatürk prospekti, 134, əlaqələndirici şəxs: Urfan Nəbiyev, tel: (+99412) 404-04-01).
Təlimdə iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi və əlaqə telefonu) KOBİA-nın [email protected]ünvanına göndərə bilərlər.