16 C
Baku
Wednesday, May 1, 2024

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3%-dən çox artıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2022-ci ilin 10 ayında proqnozla müqayisədə 3.2% və ya 146 mln. manat çox olmaqla 4 mlrd. 727 mln. manat təşkil edib.

Bu barədə Banker.az-a DSMF-dən məlumat verilib.

Məlumata əsasən, DSMF-in gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları  yanvar-oktyabr aylarında proqnoza nisbətən 4.1% və ya 144 mln. manat artaraq 3 mlrd. 688 mln. manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər