-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət Turizm Agentliyinin vəzifəli şəxslərinin işdən ayrılma səbəbi Açıqlandı

Dövlət Turizm Agentliyi qurumun iki əməkdaşının öz ərizələri əsasında işdən azad olunmaları ilə əlaqədar yayımlanmış məlumata aydınlıq gətirib.

Agentlikdən bildirilib ki, Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev, eləcə də xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev müxtəlif vaxtlarda vəzifələrindən ayrılıblar:

“Bu gün Agentliyin rəsmi veb-saytının “Struktur” bölməsində müvafiq dəyişikliklər edilməsi səbəbilə yerli kütləvi informasiya vasitələri bunu vahid xəbər kimi və ya başqa formalarda dərc ediblər. Agentliyin sabiq əməkdaşı Cavid Abdullayev İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib. Digər keçmiş əməkdaş Kənan Əliyev isə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş ofisinə Dövlət Turizm Agentliyinin xətti ilə işləməyə göndərilib”.

 

 

Son xəbərlər
Digər xəbərlər