10 C
Baku
Thursday, December 12, 2024

Dövlət və bələdiyyə istiqrazlarının qeydiyyatına 10 iş günündə baxılacaq

Nazirlər Kabineti 28 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 10 iş günü müddətində baxılacaq. İndiyə qədər bu müddət 20 gün idi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər