13 C
Baku
Wednesday, May 8, 2024

Dövlət Vergi Xidməti “Mover”ın sahibinin Azərbaycandan çıxışına “stop” qoyulmasını istəyir

“Mover” MMC-nin təsisçisi Şəmistanlı Arif Hacı oğlunun ölkədən çıxışına qadağa qoyulur.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə Bakı Kommersiya Məhkəməsində Emin Əliyevin sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan (xüsusi icraat) ibarətdir.

Onu da qeyd edək ki, 06.12.2023-cü il tarixinə olan məlumata əsasən, şirkətin 3805.02 manat vergi borcu var. Azərbaycanda 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, “Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər