6 C
Baku
Monday, December 16, 2024

Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edilən şəxs 141 min manat pul mənimsəyib

Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edilən şəxs 141 min manat pul mənimsəyib.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Çingiz Məcnunzadənin İmamqulu Quliyev, Elşad Xəlilov və Qoşqar Bağırzadə ilə qabaqcadan əlbir olub özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində zərər görmüş sahibkarlara 5 min manat məbləğində birdəfəlik maddi yardımının edilməsi və vergi ödəyicilərinin borclarının silinərək müvafiq hesablarına tətbiq olunmuş məhdudiyyətlərin ləğv edilməsinə dair yalan vəd verərək həmin orqanın səlahiyyətli vəzifəli şəxslərinə verilməsi adı ilə ayrı-ayrı şəxslərdən ümumilikdə 141 min manat məbləğində pul vəsaitini təkrar dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranmışdır.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Son xəbərlər
Digər xəbərlər