Dövlətin əhaliyə qaytardığı vergi keşbeki 104 milyon manatı ötüb

2026-cı ilin yanvar-iyun aylarında nağdsız ödənişlərin və kassa çeklərinin tələb olunmasının təşviq edilməsi məqsədi daşıyan “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 104 milyon manat ƏDV qaytarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon manat və ya 10,6% çoxdur.

Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qaytarılan vəsait ölkə ərazisində pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik orkestr konsertləri, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi xidmətlərə, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərin gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-ni əhatə edir.

Eyni zamanda, 2026-cı ilin ilk yarısında xarici vətəndaşlara “Tax Free” sistemi çərçivəsində fərdi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən 4,36 milyon manat ƏDV qaytarılıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 527,7 min manat və ya 10,8% azdır. Ötən ilin yanvar-iyun aylarında “Tax Free” üzrə geri qaytarılan ƏDV məbləği 4,89 milyon manat olmuşdu.

“ƏDV geri al” mexanizmi fiziki şəxslərə aldıqları mal və xidmətlər üzrə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsini geri almağa imkan verir. Bunun üçün istehlakçı fiskal çeki sistemdə qeydiyyatdan keçirir və çekin çap olunduğu tarixdən 30 gün sonra ödənilmiş ƏDV-nin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə isə 5%-i onun elektron pul qabına və ya bank hesabına köçürülür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər