12 C
Baku
Wednesday, December 11, 2024

Dövlətin 2 illik istiqrazlarının gəlirliliyi artıb

20 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (AZ0201040158 ISIN-li) 60 mln. manat həcmində, 728 gün tədavül müddətli (2 il) dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirlib.

Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.

Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.9250 (9.99%) manat və 98.0365  (7.07%) manat olan 51 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9283 (8.25%) manat, orta ölçülmüş qiyməti isə 96.7333 (7.7955%) manat müəyyən edilmişdir. 2 illik dövlət istiqrazları üzrə hərrac sonuncu dəfə mayın 23-də keçirilib və DOİ-lərin gəlirliliyi 7.19% təşkil etmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 209,336,100 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 21 iyun 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 17 iyun 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər