19 C
Baku
Monday, April 29, 2024

Dövlətin 3 illik istiqrazlarının gəlirliliyi azalmaqdadır

12 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0201040232 ISIN-li, 80 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az-a bu barədə məlumat BFB-dən bildirilir.

Hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 92.3864 (10%) manat və 97.8963 (7.8%) manat olan 59 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4057(8.3798%) manat, orta ölçülmüş qiyməti 96.9739 (8.1574%) manat müəyyən edilmişdir. Orta ölçüdə qiymət son hərracda 8.27% idi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 212,250,300 manat, yerləşdirilmiş həcmi isə 120,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 sentyabr 2026-cı il.

Hərrac iştirakçıları 13 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər