9 C
Baku
Friday, December 13, 2024

Dövlətin icarəyə verdiyi əmlaklardan gəliri kəskin böyüdü

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 11.5 mln. manat vəsait daxil olub.

Bu barədə Banker.az Maliyyə Nazirliyinin 2021-ci ilin ilk üç rübü üzrə göstəricilərinə istinadən xəbər verir.

Bununla da, proqnoza 140.2 faiz əməl edilmişdir.

2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 3.4 mln. manat və ya 42 faiz çox olmuşdur.

Son xəbərlər
Digər xəbərlər