Nazirlər Kabinetinin (NK) “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərbaycan Dəmir Yolları” QSC və “Azərkosmos” ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edilən sənədlərdə dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov imzalayıb.
İmzalanan sənədə görə, 4 böyük səhmdar cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə onun sorğusu əsasında təqdim ediləcək.
DƏYİŞİKLƏR BUNLARDIR
1. Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.14-cü bəndində “, maliyyə və statistik uçotu” sözləri “uçotunu” sözü ilə əvəz edilsin.
2. Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.1-ci bəndinin birinci cümləsində “, maliyyə və statistik uçotu” sözləri “uçotunu” sözü ilə əvəz edilsin.
3. Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.3-cü bəndində “mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına” sözləri “nın Maliyyə Nazirliyinə” sözləri ilə əvəz edilsin.
4. Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın 1.9.3-cü və 1.9.4-cü yarımbəndlərində “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.
5. Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.5-ci bəndindən “mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən” sözləri çıxarılsın