- “ƏDV geri al” üzrə yeni tikili satışları 372 milyon manatı ötüb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin geri qaytarılması çərçivəsində vətəndaşlara 17,05 milyon manat ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,25 milyon manat və ya 15,2% çoxdur.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Hesablamalara əsasən, yeni tikililərdə təxminən 372,5 milyon manatlıq (ƏDV daxil) mənzil və qeyri-yaşayış sahəsinin alındığınna işarədir.
Qaytarılan vəsait Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsini əhatə edir. Geri ödənişlər müvəkkil banklar vasitəsilə fiziki şəxs olan alıcıların hesabına köçürülür.
Mənzil və qeyri-yaşayış sahələrinin alınması zamanı tətbiq edilən “ƏDV geri al” mexanizmi çərçivəsində alıcılar ödənilmiş ƏDV-nin 30%-ni geri ala bilirlər. Geri qaytarılma yalnız tikinti şirkətlərindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə şamil edilir.







