-1 C
Baku
Sunday, December 15, 2024

Dövlət xəzinəsinin borclanma faizi yüksəlir – 3 illik istiqrazların gəlirliliyi 8%-i keçdi

15 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106031948 ISIN-li, 50 mln. manat həcmində, 3 illik, yaxud 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dan bildirilir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 89.9744 (8.8799%) manat və 93.6475 (7.4%) manat olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.5160 (8.25%) manat, orta ölçülmüş qiyməti 92.0179 (8.0477%) manat müəyyən edilmişdir. Qeyd edək ki, öncəki hərrac müvafiq tədavül müddəti üzrə orta illik gəlirliliyi 7.49% təşkil edirdi.

23423423423423
Üç illik dövlət istiqrazlarının gəlirliliyi

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 204.68 milyon manat, yerləşdirilmiş həcmi isə 75 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 11 noyabr 2025-ci il.

Hərrac iştirakçıları 16 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Bu gün də bu mexanizm işə düşüb.

Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər.

Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər