9 C
Baku
Friday, December 13, 2024

Draqi bu tarixdə istefa verə bilər

İtaliyanın Baş naziri Mario Draqi iyulun 21-də istefa verə bilər.

Bu haqda “Rai News 24” telekanalı prezident Quirinal sarayındakı mənbələrə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, Draqi parlamentin aşağı palatasındakı müzakirələri izləyəcək, orada da bu gün Senatda baş tutan eyni prosedur sabaha planlaşdırılıb.

Bu gün Baş nazirə etimad məsələsi ilə bağlı qətnaməyə səsvermə keçirilib. İtaliya Senatı ona etimad göstərib, eyni zamanda üç partiya – hakim koalisiyanın üzvləri olan “5 Ulduz Hərəkatı”, “İrəli, İtaliya” və “Liqa” iştirakdan imtina edib.

Qeyd edək ki, iyulun 14-də Mario Draqi Baş nazir postunu tərk etmək niyyətində olduğunu açıqlayıb. İtaliya Prezidenti isə onun istefasını qəbul etməyib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər