19 C
Baku
Monday, April 29, 2024

DSK: Azərbaycanda işsizlərin sayı oktyabrda 287 min nəfərə düşüb

Azərbaycanda 2023-cü il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 247.3 min nəfər olmuş, onlardan 4 milyon 960.4 min nəfərini məşğul əhali təşkil edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Beləliklə, son bir ayda işsizlərin sayı 287.4 min nəfərdən 286.9 min nəfər düşüb. Bu da işsizlik səviyyəsinin son bir ayda 5.48%-dən 5.47%-ə düşüb.

2187312387

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 719.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 890.9 min nəfər, qeyri-dövlət sektorunda isə 828.9 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 31.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 688.3 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.4 faizi emal sənayesində, 6.5 faizi tikintidə, 3.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2.0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.9 faizi mədənçıxarma sənayesində, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər