8 C
Baku
Thursday, December 12, 2024

DSK: Ölkədə əhalinin gəlirləri 19.1%, qiymətlər isə 12.6% artıb

Azərbaycan Respublikası əhalisinin nominal gəlirləri 2022-ci ilin yanvar-may aylarında 20 milyard 463.2 milyon manat olub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ölkə əhalisinin nominal gəlirləri illik müqayisədə 19.5% artıb.

DSK bildirib ki, hər nəfərə düşən düşən nominal gəlirlər öncəki ilin eyni dövrü ilə müqayisədə 19.1% artaraq 2 037.5 manat olub.

Qeyd edək ki, ölkədə yanvar-may aylarına 12.6% rəsmi inflyasiya olduğu açıqlanıb.

 

Son xəbərlər
Digər xəbərlər